Biz inşaatçı şirkətlərə və daşınmaz əmlak sahiblərinə yeni virtual tur texnologiyalarından istifadə edərək müştəri əldə etmək imkanlarını genişləndirməyə və satışları artırmağa kömək edirik.
İstifadə etdiyimiz texnologiyalar vasitəsi ilə virtual 3D tur obyekt haqqında vizual məlumatın tam dolğun effekti ilə ötürülməsi üçün ən müasir həlldir.
Daha ətraflıMüştəri ehtiyaclarına və qabaqcıl texnologiyalara çevik yanaşma.
Daha ətraflıBiz “sıfırdan” layihələri hazırlayıb, müştərilərimizə təhvil veririk.
Daha ətraflıLayihələrimiz: kommersiya, yaşayış və müxtəlif növ təyinatlı daşınmaz əmlakı əhatə edir.
Daha ətraflıMərkəzdə, Zabitlər Parkının yanında yerləşən yeni tikili 18 mərtəbəli prestijli yaşayış kompleksin 14-cü mərtəbəsində yerləşən, sahəsi 178 m² olan tam təmirli, əşyasız 3 otaqlı mənzil satılır. Mənzildə ümumi 3 il yaşayış olub. Mənzil çox bahalı və keyfiyyətli (ancaq Avropa istehsalı) materiallar ilə super effektli art decor stilində təmir olunub.
Mənzildə böyük dəhliz, böyük mətbəx, çamaşırxana, 50 m² qonaq otağı, 2 sanitar qovşağı, 2 qarderob otağı, 2 yataq otağı və 3 ədəd balkon var.
Əlavə olaraq, mənzilin bütün elektrik işləri tam olaraq yüksək səviyyədə görünüb, mənzilin hər otağında divarda olan TV, internet, telefon çıxışları var. Hər otaqda kamera quraşdırmaq imkanı var.
Mənzilin yalnız bir divarı qonşu mənzili ilə bitişikdir.
Təmir zamanı mənzilin hər bir nüansı nəzərə alınıb.
Bina şəhərin ən əlverişli hissəsində yerləşir. Binanın infrastrukturu çox gözəldir. Bina tam yaşayışlıdır. Şəhərin hər bir yerinə gediş-gəliş mümkündür.
Kompleksdə geniş, rahat ve təhlükəsiz həyət, 2 mərtəbəli yeraltı avtoparkinq, 3 ədəd səssiz sürətli liftlər, 24 saat mühafizə sistemi var.
Sənədi: çıxarış (Kupça).
Diqqət: Mənzil əşyasız satılır!