Biz inşaatçı şirkətlərə və daşınmaz əmlak sahiblərinə yeni virtual tur texnologiyalarından istifadə edərək müştəri əldə etmək imkanlarını genişləndirməyə və satışları artırmağa kömək edirik.
İstifadə etdiyimiz texnologiyalar vasitəsi ilə virtual 3D tur obyekt haqqında vizual məlumatın tam dolğun effekti ilə ötürülməsi üçün ən müasir həlldir.
Daha ətraflıMüştəri ehtiyaclarına və qabaqcıl texnologiyalara çevik yanaşma.
Daha ətraflıBiz “sıfırdan” layihələri hazırlayıb, müştərilərimizə təhvil veririk.
Daha ətraflıLayihələrimiz: kommersiya, yaşayış və müxtəlif növ təyinatlı daşınmaz əmlakı əhatə edir.
Daha ətraflı“Baku Palace” müştərilərə kirayə mənzillər təklif edir.
əgər siz komfortlu mənzil axtarırsınızsa onda “Baku Palace” təhlükəsiz, xoş və sakit çəraitdə yaşamanız üçün əla seçimdir. Bu istər ailəvi istirahət istərsə də qeyri – adi atmosferdə və rahat təşkil edilmiş şəraitdə işgüzar görüşlərin təşkili üçün ideal bir seçimdir. Bütün il ərzində “Baku Palace” geniş xidmətlər spektri təklif edir və mənzillərin sakinlərinin yaşayışdan unudulmaz təəssüratlar alması üçün onların ən qeyri – adi istəklərini belə yerinə yetirməyə hazırdır.
Bizim binamızın birinci və ikinci mərtəbələrində öz dizaynına görə təkrarolunmaz olan müasir incəsənət muzeyi yerləşmişdir ki, bu muzey incəsənti sevənləri öz incəsənət əsərləri və eksponatları ilə sevindirməyə qadirdir. Həmçinin burada ziyarətçilərin ixtiyarına kafe və restoran da verilmişdir.
“Baku Palace” şəhərin mərkəzindən piyada 10 dəqiqəlik məsafədə yerləşir. Binanın optimal şəkildə yerləşməsi sakinlərə, həmçinin şəhərimizin qonaqlarına imkan verir ki, çox vaxt sərf etmədən şəhərimizin mərkəz hissəsinin gözəlliyindən həzz alsınlar. Seçim Sizindir!